Ədliyyə naziri parlamentdə açıqlama yayıb. Ədliyyə naziri parlamentdə açıqlama yayıb.

Malayziya edam cəzasını ləğv etmədi

Ədliyyə naziri parlamentdə açıqlama yayıb.

Malayziyada hökumət ölkədə ölüm cəzasını ləğv etməyi nəzərdə tutan qanunu gündəmə gətirməkdən vaz keçib.

AzNews.az xəbər verir ki, Malayziyanın ədliyyə naziri Hanipa Maidin parlamentdə bununla bağlı açıqlama verib.

Nazir açıqlamasında ölüm cəzasını ləğv etməyi nəzərdə tutan qanunu gündəmə gətirmək fikrindən daşındığını deyib və əlavə edib ki, 11 cinayətə görə edam cəzasının verilməsi məhkəmənin öhdəsinə buraxılacaq.

Edam cəzasının tamamilə aradan qaldırılmasını müdafiə edən vətəndaş cəmiyyətinin təşkilatları isə hökumətin qərarına reaksiya göstəriblər.

Pərvanə Ağazadə

AzNews.az