İsrail hərbçiləri ərəblərə atəş açıb. İsrail hərbçiləri ərəblərə atəş açıb.

Qəzza zolağı sərhədində atışma - ölən və yaralananlar var

İsrail hərbçiləri ərəblərə atəş açıb.

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma zamanı 2 nəfər ölüb, onlarla insan yaralanıb.

TASS-a istinadən yayılan xəbərinə görə, Qəzza zolağında cümə namazından sonra yüzlərlə insan “Qayıdış yürüşü”nə çıxaraq İsrail ilə sərhədə doğru hərəkət edib.

İsrail hərbçiləri sərhəd zolağını keçən ərəblərə atəş açıb.

Nəticədə 2 fələstinli ölüb, 30-a yaxın insan yaralanıb və gözyaşardıcı qazdan zəhərlənib. (ONA)