Poroşenko ilə Zelenski Makronla görüşə gedirlər

Hər iki görüş eyni gündə - aprelin 12-də Parisdə keçiriləcək

Ukraynanın hazırkı dövlət başçısı Petro Poroşenko ilə prezidentliyə namizəd şoumen Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaqlar.

“112 Ukraina”nın xəbərinə görə, bu barədə Poroşenkonun seçki qərargahının spikeri Oleq Medvedev brifinqdə bildirib.

Onun sözlərinə görə, hər iki görüş eyni gündə - aprelin 12-də Parisdə keçiriləcək.

“Mənə məlumdur ki, Zelenski Makronun qəbuluna gedəcək. Elə həmin gün Poroşenkonun da Fransa prezidenti ilə görüşü baş tutacaq”, - deyə O. Medvedev söyləyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.(qafqazinfo.az)

AzNews.az