"Bu, hələ son nəticə sayılmır" "Bu, hələ son nəticə sayılmır"

İsraildə hökuməti qurmaq Netanyahuya həvalə edildi

"Bu, hələ son nəticə sayılmır"

İsrail hökumətini formalaşdırmaq yenidən Binyamin Netanyahuya həvalə edilib.

Likud, ŞAS, “Yaadut a-Tora”, İhud Mifalaqot a-Yamin, Evimiz İsraildir və Kulanu partiyaları hökumət qurmağı Binyamin Netanyahuya tapşırıblar. O, bununla da 65 deputatın dəstəyini qazanıb.

İsrail Prezidenti Reuven Rivlin partiyalarla hökumətin formalaşdırılması ilə bağlı danışıqlardan sonra qeyd edib ki, bu, son nəticə deyil: “Şikayət və müraciətlərin araşdırılması davam edir. Bu, hələ son nəticə sayılmır”.

Mərkəzi Seçki Komissiyasının nümayəndəsi deyib ki, seçkilərin yekunu aprelin 17-də açıqlanacaq, bu tarixdən etibarən 28 gün ərzində hökumət formalaşdırılmalıdır. Bu müddət kifayət etməsə, onda hökuməti formalaşdırmaq üçün Netanyahu daha 14 gün möhlət götürə bilər.

Qeyd edək ki, aprelin 10-da İsraildə parlament seçkiləri keçirilib.(ona.az)

AzNews.az