100-ə yaxın şagird qazdan zəhərləndi

Zəhərlənən 20 şagird xəstəxanaya yerləşdirilib

Ukraynanın Odessa vilayətində naməlum şəxsin orta məktəbə balondan qaz buraxması nəticəsində ən azı 20 şagird zəhərlənib.

Bu barədə Odessa vilayət polisi məlumat yayıb.

Zəhərlənən 20 şagird xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində polis araşdırmalar aparır.

Xatırladaq ki, bu hal son sutkada ikinci dəfədir qeydə alınır. Aprelin 15-də Çerkası vilayətində məktəbə 4 balondan qazın buraxılması nəticəsində 75 şagird zəhərlənmişdi.

Onlardan 50-si xəstəxanalara yerləşdirilib.

Hər iki faktla bağlı cinayət işi açılıb.(AZƏRTAC)

AzNews.az