- Dünyanın halı
- 26 Aprel 2019 09:00
- 1 842
Donbasda yaşayanlar Rusiya vətəndaşı olacaq? - Moskvadan Kiyevə daha bir zərbə

Conatan Kohen: Rusiya sülh müddətini əngəlləyəcək addımlar atır
BMT-nin Təhlükəsizlik Şurası Ukraynanın tələbi ilə toplanaraq Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində rus tərəfdarlarının nəzarəti altındakı bölgələrdə yaşayanların Rusiya vətəndaşlığına keçməsini asanlaşdıracaq qərarnaməninin təsdiqləməsini müzakirə edib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-nin siyasi işlərdən məsul Baş katibinin köməkçisi Rozmeri Di Karlo Şurada çıxış edib.
O, Rusiyaya sülh müddəti və Minsk Razılaşmasının tətbiq edilməsinə əngəl olacaq tək tərəfli addımlar atmaması üçün çağırış edib.
ABŞ-ın BMT-dəki daimi nümayədəsi Conatan Kohen Ukraynadakı prezident seçkilərindən 4 gün sonra Rusiyanın sülh müddətini əngəlləyəcək addımlar atmasının “qəbul edilməz” olduğunu vurğulayıb.
Fransanın BMT-dəki daimi nümayəndəsi François Delattre Təhlükəsizlik Şurasındakı Avropa İttifaqının 8 üzv ölkəsi - Almaniya, Belçika, Böyük Britaniya, Polşa, Fransa, İtaliya, Niderland və İsveç adından verdiyi açıqlamada Putinin qərarının vaxtına nəzər saldıqda Rusiyanın Ukraynanı daha çox qeyri-sabitliyə və ölkədəki münaqişəni qızışdırmaq niyətində olduğunu bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Ukraynanın şərqindəki vətəndaşların səs verməsinə icazə verilmədiyini və “vətənsiz” olduqlarını iddia edərək ölkəsinin verdiyi qərarı müdafiə etdi.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Volodimir Yelçenko isə Təhlükəsizlik Şurasını Rusiyanın qanunsuz addımları qarşısında hərəkətə keçməyə çağırıb.
Pərvanə Ağazadə
AzNews.az