Şri-Lanka Polis Baş müfəttişi (polis rəhbəri) Pucith Cayasundaru istefa verib. Şri-Lanka Polis Baş müfəttişi (polis rəhbəri) Pucith Cayasundaru istefa verib.

Şri-Lanka polisinin rəhbəri istefaya getdi

Şri-Lanka Polis Baş müfəttişi (polis rəhbəri) Pucith Cayasundaru istefa verib.

“Ada Derana” xəbər verir ki, ölkə Prezidenti Maytripala Sirisena ən yaxın vaxtda yeni Baş müfəttişin təyin ediləcəyini bildirib.

Ötən gün Müdafiə Nazirliyi katibi Hemasiri Fernando da vəzifəsindən gedib.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada törədilən silsilə terror hücumları nəticəsində 359 nəfər həlak olmuş, 500-dək adam da yaralanmışdı. Respublika Prezidenti Polis Baş müfəttişi və Müdafiə Nazirliyi katibi tərəfindən bu kimi hücumların gözlənilməsinə dair xüsusi xidmət qurumlarının məruzəsinin ona təqdim olunmadığını bildirib.(report.az)

AzNews.az