"Braziliya Trampı"nın oğlu çirkli pulların yuyulmasında ittiham edildi

İnformasiya dövlət məmurlarının sənədlərinə istinadən yayılıb

Braziliya prokurorluğu ölkə prezidenti Jair Bolsonarunun oğlu Flaviu Bolsonarunun qanunsuz zənginləşməsindən və çirkli pulların yuyulmasından şübhələnir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Veja jurnalı yayıb.

Məndə bildirir ki, informasiya dövlət məmurlarının sənədlərinə istinadən yazılıb.

Prokurorluğun fikrincə, Flaviu 2010-cu ildən 2017-ci ilə qədər Rio-de-Janeyroda şübhəli sövdələşmələr keçirib.

İttihamçılar hesab edirlər ki, o, evləri aşağı qiymətlərlə alıb, sonra isə xeyli baha satıb.

Ümumiyyətlə, tədqiqatçılar bildirirlər ki, Flaviu sonradan qeyri-adekvat qiymətə satılan 19 yaşayış və kommersiya obyektini alıb.

Panama firmasının bu əməliyyatlarda iştirak etməsi də pulların yuyulması sxemlərinə aid olduğunu göstərir.

Qeyd edək ki, ölkə başçısı Jair Bolsonaru ABŞ prezidenti Donald Tramp ilə kəskin mühafizəkar baxışlarda oxşarlığa görə "Braziliya Trampı" ləqəbini alıb.

Babək Göyüş

AzNews.az