Faktla bağlı cinayət işi açılıb Faktla bağlı cinayət işi açılıb

Ukraynada 32 yaşlı azərbaycanlı güllələndi

Faktla bağlı cinayət işi açılıb

Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyiblər.

Bu barədə “UNN” portalına hüquq-mühafizə orqanlarından bildirilib.

İnsident “Kamennıy Brod” kəndindəki daş emalı zavodlarının birində qeydə alınıb. İki naməlum şəxs odlu silahla bu müəssisənin işçisinə atəş açıblar. 1987-ci il təvəllüdlü azərbaycanlı hadisə yerində dünyasını dəyişib.

Cinayətkarlar motosikletə minərək hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi açılıb.(qafqazinfo.az)

AzNews.az