Aksiya iştirakçıları özlərini "qara jiletlilər"adlandırıblar. Aksiya iştirakçıları özlərini "qara jiletlilər"adlandırıblar.

Miqrantlar Paris aeroportunda etiraz aksiyası keçirib

Aksiya iştirakçıları özlərini "qara jiletlilər"adlandırıblar.

Fransanın paytaxtı Paris şəhərinin Şarl de Qol (Ruasi) aeroportunda miqrantlar etiraz aksiyası keçiriblər.

500 nəfərə yaxın sənədsiz şəxs Fransa hava yolları şirkətinin qaçqınların deportasiyası ilə məşğul olan qurumlar ilə əməkdaşlığına qarşı etiraz olaraq aeroportun 2F terminalına yığışıb.

Aksiya iştirakçıları özlərini "qara jiletlilər"adlandırıblar. Onlar Fransa hava yolları şirkətindən deportasiyaya hər cür yardım göstərməyi dayandırmağı tələb ediblər.

Xatırladaq ki, ötən il Fransadan deportasiya olunan şəxslərin sayı 20 faiz artıb. (report)

AzNews.az