Bir yumruqla ona boks öyrədən atasını öldürdü

Qız sərbəst buraxılıb

İtaliyanın Roma şəhərində 41 yaşlı Lorenzo Sciacquatori dəfələrlə həyat yoldaşı və qızını döyüb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bir gün evə sərxoş gələn ata 19 yaşlı qızı Deborahı döyməyə başlayıb.

Qız otağına girərək qapını bağlayıb. Bu zaman Lorenzo qapını qıraraq içəri girib və qızını döyməyə davam edib.

Deborah özünü qorumaq üçün ona boks öyrədən atasının başına yumruq vurub. Ata hadisə yerində ölüb.

Gənc qız üçün ev həbsi qərarı verilib. Məhkəmə qısa zamandan sonra isə həmin qərarı ləğv edərək qızı sərbəst buraxıb.

Səidə Vahid

AzNews.az