130 fəal saxlanılıb 130 fəal saxlanılıb

İsraildə etiraz aksiyası zamanı 111 polis yaralanıb

130 fəal saxlanılıb

İsraildə Efiopiya icmasının nümayəndələri ilə toqquşma nəticəsində 111 polis əməkdaşı xəsarət alıb.

İsrailin hüquq-mühafizə orqanlarının mətbuat katibi Miki Rozenfeld etirazlar zamanı, həmçinin 130 fəalın saxlanıldığını bildirib.

Afrika əsilli israillilər Hayfa şəhərində 19 yaşlı həmyerlilərinin polislə münaqişə zamanı güllələnərək öldürülməsinə etiraz edirlər. Pik saatında ölkənin iri avtomobil yollarını bağlayan etirazçılar şinləri yandırıb, polis əməkdaşlarını daşa basıblar.

İsrailin Baş naziri Binyamin Netanyahu Efiopiya icmasını zorakılıqdan çəkinməyə və yolları açmağa çağırıb.

Qeyd edək ki, 9 milyon əhaliyə malik İsraildə Efiopiyadan gələn və yəhudi dininə sitayiş edən təxminən 130 min insan yaşayır. Onlar diskriminasiyadan və polis zorakılığından tez-tez şikayət edirlər.(AZƏRTAC)

AzNews.az