İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın səfiri Robert Makeirə qəti etirazını bildirib İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın səfiri Robert Makeirə qəti etirazını bildirib

İran tankerin saxlanılmasına görə Böyük Britaniyaya etiraz edib

İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın səfiri Robert Makeirə qəti etirazını bildirib

İran XİN-in sözçüsü Abbas Musəvi Böyük Britaniya hərbi gəmiləri tərəfindən İran tankerinin “qanunsuz saxlanılması” ilə bağlı səfirin XİN-ə dəvət olunduğunu bildirib.

Bundan əvvəl Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökumətinin Suriyaya xam neft daşıyan “Grace 1” tankerini saxladığı açıqlanmışdı.

Tankerin ABŞ hökumətinin xahişilə saxlanıldığı qeyd olunur. (Report)