Görüş Qırğız Respublikasının Batken vilayəti ilə əhatələnən Varuz kəndində keçirilib Görüş Qırğız Respublikasının Batken vilayəti ilə əhatələnən Varuz kəndində keçirilib

Qırğız və Tacikistan prezidentləri görüşdülər

Görüş Qırğız Respublikasının Batken vilayəti ilə əhatələnən Varuz kəndində keçirilib

Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekovla Tacikistan prezidenti Emomali Rəhmon arasında iyulun 26-da görüş olub.

TASS xəbər verir ki, məlumatı Tacikistan prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, görüş Qırğız Respublikasının Batken vilayəti ilə əhatələnən Varuz kəndində keçirilib.

Prezidentlər bildiriblər ki, iğtişaşçılar cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Dövlət başçıları arasında təkbətək görüş olub. Bundan sonra Qırğız və Tacikistan nümayəndə heyətləri arasında müzakirələr aparılıb.

Qeyd edək ki, iyulun 22-də Aksay və Vorux kəndlərinin sakinləri arasında toqquşma baş verib. Bir sutka davam edən toqquşmalar nəticəsində bir nəfər ölüb, 30-dan çox iştirakçı yaralanıb. Hadisəyə səbəb kimi mübahisəli sayılan əraziyə bayraq dirəyinin basdırılması göstərilir.(report.az)

AzNews.az