13 min nəfər xəstəxanaya yerləşdirilib 13 min nəfər xəstəxanaya yerləşdirilib

Yaponiyada istidən 23 nəfər öldü

13 min nəfər xəstəxanaya yerləşdirilib

Yaponiyadakı anomal istilər nəticəsində 23 nəfər həyatını itirib. Bundan başqa 13 min nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

“TASS” agentliyinə istinadla xəbər verilir ki, bu barədə məlumatıö lkənin FHN və təcili yardım xidmətinin funksiyalarını həyata keçirən Yaponiya Yanğından Mühafizə İdarəsi yayıb.

Qeyd olunub ki, təkcə ötən həftə ərzində 12 571 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 39 dərəcədən yuxarını göstərir. (Report)