Qırğız zabit hadisə yerində dəlilləri gizlətməkdə şübhələnir Qırğız zabit hadisə yerində dəlilləri gizlətməkdə şübhələnir

Keçmiş prezidenti həbs edən nazir müavininə cinayət işi qaldırıldı - Qırğızıstanda

Qırğız zabit hadisə yerində dəlilləri gizlətməkdə şübhələnir

Qırğızıstanın hərbi prokurorluği keçmiş prezident Almazbek Atambayevi həbs edən daxili işlər naizrinin keçmiş müavini Kursan Asanova qarşı cinayət işi başlayıb.

“24.kg” saytının verdiyi məlumata görə, K.Asanov Qırğızıstan Cinayət Məcəlləsinin 304-cü (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”) maddəsi ilə həbs oluna bilər.

Keçmiş müavin A.Atambayevin evinə təşkil olunacaq basqın barədə əvvəlcədən eks-prezidenti məlumatlandırmaqda, yəni satqınlıqda ittiham olunur.

Baş prokurorluqdan verilən məlumatda “Asanovun daxili işlər orqanlaırnın şəxsi heyətini təhlükədə və komandirsiz qoyaraq bununla qaydaları kobud surətdə pozduğu” göstərilib. Bundan başqa, qırğız zabit hadisə yerində dəlilləri gizlətməkdə şübhələnir.

Qırğızıstan daxili işlər nazirini müavini Kursan Asanov dünən xidməti araşdırmanın nəticəsində istefaya göndərilib. Əsas olaraq onun milisin maraqlarını satması və etimadı itirməsi göstərilib.

Lakin məhz K.Asanov Almazbek Atambayevi təslim olmağa inandıran adamdır.

Bununla bağlı yayılan videogörüntülərdə onun bağlı qapı arxasında keçmiş prezidenti təslim olmağa çağırdığı görünür. (Musavat.com)