- Dünyanın halı
- 15 Sentyabr 2019 22:00
- 1 406
Suriya-Türkiyə sərhədində terror aktı törədildi - 12 nəfər həlak olub
Ölənlərin sayının artacağı gözlənilir
Suriyanın Türkiyə ilə sərhədindəki Çobanbey şəhərində terror aktı törədilib.
Məlumata görə, minalanmış avtomobil yerli xəstəxananın yaxınlığında partladılıb. İlkin xəbərdə bildirilir ki, hücum nəticəsində 12 dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir.
Hadisə yerində axtarış-xilasetmə işləri görürülür.
Partlayış zamanı xəstəxana binasına da maddi zərər dəyib. (Report)
AzNews.az