Bu barədə Albaniyanın “Daily News” portalı məlumat yayıb Bu barədə Albaniyanın “Daily News” portalı məlumat yayıb

Albaniyada baş vermiş zəlzələlər zamanı 100-dən çox insan xəsarət alıb

Bu barədə Albaniyanın “Daily News” portalı məlumat yayıb

Albaniyada iki dəfə qeydə alınan güclü zəlzələ və davam edən təkanlar 105 nəfərin xəsarət almasına səbəb olub.

Bu barədə Albaniyanın “Daily News” portalı məlumat yayıb.

Afina Universiteti Seysmoloji Laboratoriyası zəlzələnin gücünün əvvəlcə 5,6 bal gücündə olduğunu, daha sonra 6,0 səviyyəsinə yüksəldiyini bildirib. Zəlzələnin episentri Durres şəhərindən altı kilometr şimalda, onun ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb.

Həkimlərin bildirdiyinə görə, tibbi yardım üçün ümumilikdə 105 nəfər müraciət edib. Onların böyük əksəriyyəti evə buraxılıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində Tiranadakı binalar ziyan görüb. Belə ki, kərpic və divarların hissələri avtomobillərin üstünə düşüb. Sahilyanı şəhər olan Durresdə də evlərə ciddi ziyan dəyib. ( Report)

AzNews.az