Silahlı insdient Qəndahar şəhərinin aeroportunda baş verib Silahlı insdient Qəndahar şəhərinin aeroportunda baş verib

Əfqan əsgər ABŞ hərbçilərinə atəş açdı - Yaralılar var

Silahlı insdient Qəndahar şəhərinin aeroportunda baş verib

Əfqanıstanda hava limanında atışma olub.

Bu barədə RİA "Novosti"yə hava limanındakı mənbə məlumat verib.

Qeyd edilir ki, silahlı insdient Qəndahar şəhərinin aeroportunda baş verib. Əfqan əsgərinin açdığı atəş nəticəsində azı 3 əcnəbi hərbi qulluqçu yaralanıb. "Qətiyyətli dəstək" missiyasının nümayəndəsi yerli KİV-ə xəbəri təsdiqləyib. O, bildirib ki, xəsarət alanlar ABŞ hərbçiləridir.

Radikal "Taliban" hərəkatı hadisəyə görə məsuliyyəti üzərinə götürüb. "Taliblər" bildiriblər ki, hadisə onların agenti tərəfindən təşkil edilib. Radikal hərəkatın üzvləri atışmada 12 nəfərin yaralandığını bildiriblər.(report.az)

AzNews.az