"ABŞ sizinlədir" "ABŞ sizinlədir"

ABŞ İran xalqını dəstəkləyir: Onlar susmur, biz də susmayacağıq

"ABŞ sizinlədir"

ABŞ İranda keçirilən etiraz aksiyalarını dəstəkləyir.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo özünün "Twitter" səhifəsində paylaşım edib.

O, ötən ilin 23 iyul tarixində yazdığı tviti "İran xalqına haradasa bir il yarım bundan əvvəl dediyim kimi: ABŞ sizinlədir" başlığı ilə yenidən paylaşıb:

“40 il davam edən tiranlıqdan sonra qürurlu İran xalqı hökumətin istismarına səssiz qalmır. Biz də susmayacağıq. İran xalqına mesajım var: ABŞ sizi eşidir. ABŞ sizi dəstəkləyir. ABŞ sizin yanınızdadır”.

Qeyd edək ki, İran İslam Respublikasında son iki gündür davam edən yanacağın qiymətinin qalxmasına görə keçirilən etiraz aksiyalarında 20-dən çox insan həlak olub.

Pərvanə

AzNews.az