Ukraynada məktəb bağlandı - Virusa görə

Hazırda şagirdlər həkim müayinəsindən keçirilir

Ukraynanın Odessa şəhərində orta məktəblərdən biri Koksaki virusunun yayılması ilə əlaqədar karantinə bağlanıb.

Məktəbdə yoluxanların sayı barədə bildirilməsə də, şagirdlərin 30 faizdən çoxunda xəstəlik aşkarlandığı təqdirdə karantin tətbiq olunur.

Hazırda şagirdlər həkim müayinəsindən keçirilir.

Qeyd edək ki, Koksaki virusu səpki ilə müşayiət olunan kəskin respirator xəstəlikdir və bu virusa yoluxma sürətlə baş verir.(trend.az)

AzNews.az