- Dünyanın halı
- 13 Dekabr 2019 16:32
- 5 111
Əlcəzair yeni prezidentini seçdi
Tabun seçicilərin 58 faizinin səsini toplayıb
Əlcəzairin keçmiş Baş naziri Əbdülməcid Tabun dekabrın 12-də keçirilən prezident seçkilərinin ilk turunda səs çoxluğu ilə qalib gəlib.
Bu barədə ölkə seçki komissiyasının rəhbəri Məhəmməd Şərfi mətbuat konfransı zamanı bildirib.
Seçici fəallığı 39% olub.
Tabun seçicilərin 58 faizinin səsini toplayıb və beləliklə ikinci turun keçirilməsinə ehtiyac qalmayıb.
AzNews.az