Bu barədə bu gün Çinin Maliyyə Nazirliyi məlumat yayıb Bu barədə bu gün Çinin Maliyyə Nazirliyi məlumat yayıb

Çin koronavirusla mübarizəyə 8,75 mlrd. dollar ayıracaq

Bu barədə bu gün Çinin Maliyyə Nazirliyi məlumat yayıb

Çin Xalq Respublikası 2020-ci ildə dövlət büdcəsindən koronavirusla mübarizəyə 60,33 milyard yuan (8,75 milyard dollar) məbləğində vəsait ayıracaq.

Vəsait ölümcül virusun aradan qaldırılması üçün fundamental tədbirlərin gücləndirilməsinə yönəldiləcək.

Qeyd olunub ki, indiki şəraitdə əsas məsələ koronavirusun kənd yerlərində yayılmasını qarşısını almaqdır.

Xatırladaq ki, Çində koronavirusa yoluxanların sayı 2,8 min nəfəri ötüb, 81 nəfər ölüb. (APA)

AzNews.az