Bu barədə prezident Donald Tramp jurnalistlərə bildirib Bu barədə prezident Donald Tramp jurnalistlərə bildirib

Tramp: "ABŞ-da koronavirus nəzarət altındadır"

Bu barədə prezident Donald Tramp jurnalistlərə bildirib

ABŞ-da koronavirusla bağlı vəziyyət getdikcə düzəlir.

AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp jurnalistlərə bildirib:

“Ölkəmizdə nəzarət altında olan koronavirusla bağlı sual verə bilərsiniz. Virusa yoluxanlarımızın sayı lap azdır. Gəmidən bir neçə nəfər amerikalını gətirmişik, bu da düzgündür, onlar karantindədirlər. Fikrimizcə, onlar tezliklə yaxşı formada olacaq. Məncə, vəziyyət bütövlükdə düzəlməyə başlayacaq, bunun üçün çoxlu səylər göstərilib, çoxlu istedadlar sərf olunub, bu işə 2,5 milyard ABŞ dolları yönəldirik”.

Fevralın 24-dək ABŞ-a gələnlər arasında 14 nəfərdə koronavirus aşakrlanıb, həmçinin “Diamond Prinsess” gəmisindən 36 nəfər, epidemiyanın yarandığı Uhan şəhərindən də üç nəfər ABŞ vətəndaşı yoluxmuş vəziyyətdə vətənə çatdırılaraq karantinə salınmışdı.