Buna səbəb Qaqik Tsarukyanın dindirilməsi üçün MTX-nin binasına gətirilməsidir Buna səbəb Qaqik Tsarukyanın dindirilməsi üçün MTX-nin binasına gətirilməsidir

Paşinyanın istefasını tələb edən müxalifət liderinə təzyiq edilir

Buna səbəb Qaqik Tsarukyanın dindirilməsi üçün MTX-nin binasına gətirilməsidir

Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirir.

AzNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna səbəb Qaqik Tsarukyanın dindirilməsi üçün MTX-nin binasına gətirilməsidir.

Belə ki, onlar zorla polis avtomobillərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Daha sonra etirazçıların müxtəlif polis idarələrində saxlanıldığı və 3 saatdan sonra azad ediləcəyi bəyan edilib.

Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon ABŞ dollar məbləğində vergi verilməyib.

Buna cavab olaraq Çiçəklənən Ermənistan Partiyasının mətbuat katibi Sveta Tonoyan vurğulayıb ki, Qaqik Tsarukyan şirkətlərini etibar etdiyi şəxslərin idarəçiliyinə verib və özü bizneslə məşğul olmur.

Qeyd edək ki, Qaqik Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra ona qarşı təzyiqlər artıb. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib.