- Dünyanın halı
- 13 Avqust 2020 23:00
- 2 822
Dünyada koronavirusa yoluxanların sayı yenidən artıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.
AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Belə ki, son 24 saatda dünyada koronavirusa 276 mindən çox yeni yoluxma və 7 minə yaxın ölüm faktı qeydə alınıb.
Qeyd edilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 439 814-ə, ölənlərin sayı isə 744 385-ə çatıb.
Son bir gündə yeni yoluxmaların sayı 276 398 təşkil edib, bununla yanaşı, daha 744 385 insan pandemiyanın qurbanı olub.