Ölkədə ümumilikdə bugünədək 169 nəfər etirazçı saxlanılıb Ölkədə ümumilikdə bugünədək 169 nəfər etirazçı saxlanılıb

Belarusdakı aksiyalarda daha 41 nəfər saxlanıldı

Ölkədə ümumilikdə bugünədək 169 nəfər etirazçı saxlanılıb

Belarusun paytaxtı Minskdə keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı artıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib. Onun sözlərinə görə, senytabrın 4-ü keçirilən aksiyalarda 41 iştirakçı saxlanılıb, 21 nəfər isə məhkəmə yekunlaşana qədər həbsdə qalıb.

Xatırladaq ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər.

Ölkədə ümumilikdə bugünədək 169 nəfər etirazçı saxlanılıb.