Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bildirib Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bildirib

"Dünya növbəti pandemiyaya hazır olmalıdır" - ÜST

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bildirib

Dünya daha bir pandemiyaya daha yaxşı hazırlaşmalıdır.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, dünya hökumətlərini ictimai səhiyyə sahəsinə sərmayə qoymağa çağırıb.

“Bu heç də son pandemiya olmayacaq. Epidemiyaların, pandemiyaların həyatımızın bir parçası olduğunu tarix bizə öyrədir. Lakin daha bir pandemiya gəlsə, dünya hazır olmalıdır, yəni indikindən daha yaxşı hazır olmalıdır”.

Qeyd edək ki, koronavirus pandemiyasına yoluxanların ümumi sayı 27,19 milyona çatıb ki, bunlardan 888 326 nəfəri dünyasını dəyişib.