ABŞ prezidenti 1 dəqiqədən az çıxış edib və Ağ Evin brifinq otağını tərk edib ABŞ prezidenti 1 dəqiqədən az çıxış edib və Ağ Evin brifinq otağını tərk edib

Tramp seçkilərlə bağlı sualları cavablandırmayıb

ABŞ prezidenti 1 dəqiqədən az çıxış edib və Ağ Evin brifinq otağını tərk edib

ABŞ prezidenti Donald Tramp hamını birjadakı müvəffəqiyyətlər münasibətilə təbrik edib.

Bu barədə AzNews.az xarici mətbuata istinadən xəbər verir.

"Ölkəmizin xalqını təbrik etmək istəyirəm. DJIA indeksi 30 minə (bəndə-red) çatdı, bu, tarixdə yüksək səviyyədir", - Tramp deyib.

O, bu göstəricini "müqəddəs rəqəm" adlandırıb.

Tramp həmçinin bildirib ki, "vaksinlə bağlı baş verənlərdən çox razıdır”.

ABŞ prezidenti 1 dəqiqədən az çıxış edib və Ağ Evin brifinq otağını tərk edib. O, jurnalistlərin seçkilər haqqında suallarına cavab verməyib.

Qeyd edək ki, ABŞ-da eyni vaxtda üç əsas ştatda - Pensilvaniyada, Miçiqanda və Nevada keçirilən seçkilərdə Co Baydenin qələbəsi təsdiqlənib. Tramp hələ ki məğlubiyyətini etiraf etməyib, buna baxmayaraq bildirib ki, hakimiyyətin ötürülməsi prosesinə başlamağa göstəriş verib.