- Dünyanın halı
- 14 Dekabr 2020 23:27
- 2 856
ATƏT PA-nın prezidenti dəyişdi
Bu barədə qurumun məlumatında bildirilib
Gürcüstanda yeni parlamentin formalaşmasından sonra ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli vəzifəsini tərk edib.
AzNews.az xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib.
Qeyd olunub ki, PA-nın vitse-prezidenti lord Piter Bounes (Böyük Britaniya) prezident postunu tutub.
P.Bounes keçmiş prezidentə ATƏT və PA-ya sadiqliyinə görə təşəkkür edib.
G.Tsereteli öz növbəsində ATƏT PA-nın üzvləri etimad və dəstəyə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, “Avropalı Gürcüstan” pasrtiyasından deputat olmuş G.Tsereteli 2017-ci ildən ATƏT PA-ya rəhbərlik edib