Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib

Afrikada BMT sülhməramlıları öldürülüb

Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib

Mərkəzi Afrika Respublikasında (MAR) üsyançıların hücumu nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) üç sülhməramlısı həyatını itirib, daha ikisi yaralanıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

“Baş katib Kemo əyalətinin Dekoa şəhərində və Mbomu əyalətinin Bakuma şəhərində MAR-ın hərbi qüvvələrinə və BMT-nin ölkədəki missiyasına qarşı naməlum silahlı qiyamçıların bugünkü hücumunu qətiyyətlə pisləyir. Dekoada Burundidən olan üç sülhməramlı öldürülüb və daha ikisi yaralanıb”, - deyə o məlumatlandırıb.

Dujarrikin sözlərinə görə, BMT Baş katibi MAR hakimiyyətini bu hərbi cinayəti araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.