Ötən ilin dekabrın 27-də İsraildə son 12 ayda üçüncü karantin tətbiq edilib Ötən ilin dekabrın 27-də İsraildə son 12 ayda üçüncü karantin tətbiq edilib

Daha bir ölkədə karantin müddəti uzadıldı

Ötən ilin dekabrın 27-də İsraildə son 12 ayda üçüncü karantin tətbiq edilib

İsrail hökuməti yanvarın 8-də iki həftə müddətinə tətbiq edilmiş total karantinin bu ayın sonuna qədər uzadılmasını yekdilliklə təsdiqləyib.

AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə yəhudi dövlətinin Baş naziri və Səhiyyə Nazirliyinin birgə kommünikesində deyilir.

“Hökumət total karantini 10 gün, 2021-ci il yanvarın 31-nə qədər uzatmaq qərarına gəldi”, - sənəddə deyilir. İsrailin “Kan” dövlət radiosu qeyd edir ki, əvvəlcə məhdudiyyətlər avtomatik olaraq yanvarın 21-də ləğv edilməli idi, lakin son günlərdə “COVID-19”a yoluxma hallarının artması hökuməti məhdudiyyətlərin müddətini uzatmaq məcburiyyətində qoydu.

İsraildə həkimlər son 24 saatda koronavirusa 10 478 yoluxma, 44 ölüm halı qeydə alıb. Bununla da ölkədə virusa yoluxanların sayı 562 167-yə, bu virusdan ölənlərin sayı isə 4 049-a çatıb.

Ötən ilin dekabrın 27-də İsraildə son 12 ayda üçüncü karantin tətbiq edilib, yanvarın 8-də isə sərtləşdirilib.