Söhbət Çin əsilli Kanada vətəndaşı, “Asiyadan olan El Çapo” ləqəbli Se Çi Lopdan gedir Söhbət Çin əsilli Kanada vətəndaşı, “Asiyadan olan El Çapo” ləqəbli Se Çi Lopdan gedir

İllik dövriyyəsi 70 milyard dollar olan narkobaron saxlanıldı

Söhbət Çin əsilli Kanada vətəndaşı, “Asiyadan olan El Çapo” ləqəbli Se Çi Lopdan gedir

Niderland polisi illik dövriyyəsi 70 milyard dollar olan narkobaronu saxlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Çin əsilli Kanada vətəndaşı, “Asiyadan olan El Çapo” ləqəbli Se Çi Lopdan gedir.

57 yaşlı narkobaron Avstraliya hökumətinin sorğusuna əsasən, Sxipxol aeroportunda tutulub. O, saxlanılarkən polisə müqavimət göstərməyib. Hazırda Niderland polisi narkobaronun Avstraliyaya verilməsi məsələsi üzərində işləyir.

Qeyd edək ki, Se Çi Lop dünyada ən çox axtarılan cinayətkarlardan biridir.