Cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq Cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq

Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə edilib

Cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq

Filippinin bir neçə əyalətində "Dutszyuan" fırtınasının yaxınlaşması nəticəsində baş verən daşqınlar səbəbilə 51 min insan təxliyə edilib.

"Sinxua"ya istinadla verilən məlumata görə, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsindən bildiriblər.

Məlumata əsasən, cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq. Sahilə çatana qədər fırtınanın tropik depressiyaya qədər zəifləyəcəyi istisna edilmir.

Bildirilir ki, yerli vaxtla saat 19:00 üçün fırtınanın episentri Suriqao şəhərindən 275 kilometr şərqdə olub və şimal-qərb istiqamətində hərəkət edib.(Trend)

AzNews.az