"Ukraynanın ürəyi qayıtmalıdır. Krım yarımadası geri dönməlidir" "Ukraynanın ürəyi qayıtmalıdır. Krım yarımadası geri dönməlidir"

"Krım Ukraynanın ürəyidir, 7 il əvvəl ürəyimizi çıxardılar" - Vladimir Zelenski

"Ukraynanın ürəyi qayıtmalıdır. Krım yarımadası geri dönməlidir"

AzNews.az xarici KIV-ə istinadən xəbər verir ki, 26 fevralın 'Krımın İşğalına Müqavimət Günü" elan edildiyini xatırladan Ukrayna dövlət başçısı Vladimir Zelenski 2014-cü ildə baş verənləri heç vaxt unutmayacaqlarını vurğulayıb.

Krımın Ukraynanın ürəyi olduğunu ifadə edən Zelenski "7 il əvvəl ürəyimizi çıxardılar. Kimin etdiyini və kimin icazə verdiyini heç vaxt unutmayacağıq" deyərək Krımın Rusiya tərəfindən işğal olunduğuna işarə edib. Ukrayna prezidenti ölkəsinin yenidən xoşbəxt bir şəkildə gülə bilməsi üçün lazım olan şeyin sadə olduğunu ifadə edərək, "Ukraynanın ürəyi qayıtmalıdır. Krım yarımadası geri dönməlidir" deyə söyləyib.

Ukraynanın beynəlxalq tərəfdaşları ilə birlikdə İstiqlal Günü ərəfəsində ilk Krım Platformasını keçirəcəyini bildirən Zelenski platformanın yarımadanı azad etmək və krımlıların hüquqlarını qorumaq üçün bir cəhd olduğunu bildirib.

Krımın qurtuluşu və yenidən Ukraynaya birləşməsi üçün bir fərman imzaladığına diqqət çəkən Zelenski fərmanın Krım Tatar dilinə və mədəniyyətinə dəstək vermək və krımlıların hüquqlarını qorumaq üçün addım olduğunu ifadə edib.

AzNews.az