Suriyada 200-ə yaxın terrorçu məhv edildi

Zərbə zamanı həmçinin böyuk kalibrli pulemyotların olduğu 24 “pikap” avtomobili partladılıb

Rusiyanın Hava-Kosmik Qüvvələri Suriyanın Palmira şəhəri yaxınlığında terrorçuların təlim bazasına hava zərbəsi endirib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zərbə nəticəsində 200-ə yaxın terrorçu və yarım tona yaxın döyüş sursatı məhv edilib.

Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini Aleksandr Karpov bildirib ki, hərbi aviasiya həmçinin terrorçuların iki sığınacağını məhv etməyə nail olub.

O, bildirib ki, Rusiya hərbçiləri Palmiralnın şimal-şərqində silahlıların maskalanmış bazasının yaradılması haqqında məlumat əldə edib. Bazada ölkənin müxtəlif hissələrində terror aktlarıyla məşğul olacaq döyüş qruplarının formalaşdırılması aparılıb. Ərazidə partlayıcı qurğular da toplanılıb.

Rusiyanın Hava-Kosmik Qüvvələri terrorçuların sığınacaqlarını bombardman edib. Zərbə zamanı həmçinin böyuk kalibrli pulemyotların olduğu 24 “pikap” avtomobili partladılıb.