O, 2019-cu ildə bu vəzifəyə təyin olunmuşdu O, 2019-cu ildə bu vəzifəyə təyin olunmuşdu

Nazir qəzada öldü - VİDEO

O, 2019-cu ildə bu vəzifəyə təyin olunmuşdu

Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həlak olub.

Bu barədə TN telekanalı bildirib.

Məlumata görə, onun idarə etdiyi avtomobil çevrilib. Hadisə zamanı sükan arxasında nazir özü olub. O, avtomobildə tək imiş.

Nazir prezidentlə iştirak etdiyi Rosario şəhərindəki tədbirdən geri qayıdırmış.

Mario Meoni 2019-cu ilin dekabrında nazir vəzifəsinə təyin olunmuşdu.(report)