"Əlavə 550 milyon doza peyvənd lazımdır” "Əlavə 550 milyon doza peyvənd lazımdır”

ÜST rəhbəri COVID-19 peyvəndi ilə bağlı dövlətlərə çağırış edib

"Əlavə 550 milyon doza peyvənd lazımdır”

“80-ə yaxın ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2021-ci ilin sonunadək əhalinin ən azı 40%-ni COVID-19-a qarşı peyvənd etmək məqsədinə dünya ictimaiyyətinin köməyi olmadan nail ola bilməyəcək”.

Aznews.az xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, bu ölkələrin 50 faizi Afrika qitəsində yerləşir: “Bu problemi həll etmək üçün əlavə 550 milyon doza peyvənd lazımdır”.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, COVID-19 peyvəndini bağışlamağa söz vermiş dövlətlər mümkün qədər tez vədlərini yerinə yetirəcək.