Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Qazaxıstanın Şımkənt şəhərində partlayışda ölənlərin sayı artıb

Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Qazaxıstanın Şımkənt şəhərində perinatal mərkəzinin yaxınlığındakı aptekdə partlayış baş verib, nəticədə 3 nəfər ölüb.

Aznews.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə zamanı perinatal mərkəzdə 189 xəstə və 65 işçi olub. Onların hamısı Şımkəntin digər tibb müəssisələrinə köçürülüb.

Partlayış faktı ilə bağlı polis Qazaxıstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ibtidai istintaqa başlayıb.

Bundan əvvəl iki nəfərin öldüyü bildirilib.