Ukrayna ABŞ-dan 50 milyon dollara qədər silah və texnika alacaq

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir

Ukrayna ABŞ-dan 50 milyon dollara qədər silah və texnika alacaq.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin ABŞ-ın Ukraynadakı səfirliyinin saytında yerləşdirilən bəyanatında deyilir.

“Bu, bu həftə mülki vətəndaşlarla dolu ticarət mərkəzinə edilən hücum göstərdi ki, ukraynalılar hələ də çətin vəziyyətdədirlər. Onlar ölkələri uğrunda mübarizəni davam etdirirlər və ABŞ onların layiqli işini dəstəkləməkdə davam edir. Biz Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, - bəyanatda deyilir.

Blinken Ukraynanın özünümüdafiəsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından on dördüncü silah və texnikanın ayrılmasını qəbul etdi. O, Ukrayna xalqına sədaqətini qeyd edib.

Blinken deyib ki, ABŞ-ın Ukraynaya ümumi hərbi yardımı 6,92 milyard dollara çatacaq.