- Dünyanın halı
- 22 Sentyabr 2022 09:13
- 3 738
Rusiyanın Ukraynaya qaytardığı əsirlər arasında azərbaycanlı da var
23 yaşlı R.Babayev əsirlikdən azad olunan 215 hərbçidən biridir
Ötən gün rəsmi Kiyev və Moskva arasında baş tutan əsir mübadiləsində Ukrayna tərəfinə qaytarılanlar arasında azərbaycanlı da var.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə dərc olunan əsirlərin siyahısından məlum olub.
Belə ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Rüstəm Babayev Arif oğlu Ukraynaya qaytarılıb.
Qeyd olunub ki, 23 yaşlı R.Babayev əsirlikdən azad olunan 215 hərbçidən biridir.