Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elanından sonra bir çox Rusiya vətəndaşı quru yolu ilə Finlandiyaya çatıb Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elanından sonra bir çox Rusiya vətəndaşı quru yolu ilə Finlandiyaya çatıb

Finlandiya rus turistləri ölkəyə buraxmayacaq

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elanından sonra bir çox Rusiya vətəndaşı quru yolu ilə Finlandiyaya çatıb

Finlandiya Putinin səfərbərlik əmri ilə ölkədən qaçan insanların axını səbəbindən bu gecə yarısından etibarən sərhədlərini rus turistlər üçün bağlayacağını açıqlayıb.

Turist vizası olan rus mülki vətəndaşlarının bundan sonra Skandinaviya ölkəsinə daxil olmasına icazə verilməyəcək.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto mövzu ilə bağlı verdiyi açıqlamada deyib ki, qərar prinsipcə rusların Finlandiyaya və Finlandiya üzərindən keçidini tamamilə əngəlləmək məqsədi daşıyır.

Finlandiyadan verilən açıqlamada qərarın turist vizası olan ruslara aid olduğu, iş və təhsil məqsədi ilə səyahətlərə, ailə ziyarətlərinə icazə veriləcəyi bildirilib.

Qeyd edək ki, Finlandiya ayın əvvəlində ruslara, o cümlədən turizm məqsədilə verilən vizaları məhdudlaşdırmışdı. Ukrayna ilə həmrəylik əlaməti olaraq rus xalqına verilən vizalarda böyük azalma oldu.

Züriyə Qarayeva