İndoneziya Bali adasını bombardman edən Umar Pateki azad edib

İndoneziya 2002-ci ildə Bali adasında 200-dən çox insanın ölümünə səbəb olan partlayışlarda günahkar bilinən Umar Patek cəzasının yarıdan çoxunu qurtardıqdan sonra şərti azadlığa buraxılıb.

Aznews.az xəbər verir ki,hüquq və insan haqları nazirliyinin sərbəst buraxıldığını elan edən bəyanatına görə, Patek azad edildikdən sonra, 2030-cu ilin aprel ayına qədər "mentorluq proqramına" qoşulması tələb olunacaq.

Nazirlik əlavə edib ki, bu müddət ərzində hər hansı bir şərti pozuculuq fəaliyyəti olarsa, onun şərti azadlığı ləğv ediləcək.

Bali hücumları İndoneziya tarixində ən pis idi və JI kimi sərt qruplara qarşı təzyiqlərə səbəb oldu. Avstraliya və ABŞ da Cakartanın antiterror əməliyyatlarını gücləndirmək üçün maliyyə və yardım ayırıb.

Mövsüm