- Dünyanın halı
- 21 Fevral 2023 15:30
- 3 165
Çin: Bəzi ölkələr Ukrayna münaqişəsini qızışdırmağı dayandırmalıdır

Çinin xarici işlər naziri Qin Qanq, ölkəsinin Ukrayna böhranında son bir ildə artan qarşıdurma və gərginlikdən narahat olduğunu ifadə edərək, "Bəzi ölkələri münaqişəni qızışdırmağı dayandırmağa çağırırıq".
Aznews.az xəbər verir ki, Pekində keçirilən "Lanting" Forumunda çıxış edən nazir Qin Qanq, ölkəsinin problemin həlli üçün dialoq və danışıqları təşviq etmək və bütün tərəflərin narahatlıqlarına cavab verəcək ümumi təhlükəsizlik anlaşmasını inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağını bildirib.
Dünyada nizamsızlıq və qarşıdurma riskinin artdığına işarə edərək, "Sülhsevər ölkələr mövcud düşmənçilikləri bir an əvvəl bitirmək üçün səy göstərməlidirlər." -deyə nazir Qin Qanq vurğulayıb.
Mövsüm