XİN: “Qərbin hərəkətləri Belarusun daxili işlərinə birbaşa və aşkar müdaxilədir”

Belarusun NATO-ya qonşu ölkələrdə hərbi güclənməsi fonunda təhlükəsizliyini gücləndirmək üçün cavab tədbirləri görməkdən başqa yolu yoxdur.

Aznews.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Siyasət və iqtisadiyyatda birtərəfli məcburiyyət tədbirləri qonşu NATO ölkələrinin bizim sərhədlərimizdə artan hərbi potensialı ilə birləşir. Yuxarıda göstərilən halları və milli təhlükəsizlik sahəsində bütün haqlı narahatlıqları nəzərə alaraq, Belarus cavab tədbirləri görməyə məcburdur.”, - XİN Rusiya taktiki nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsi perspektivləri ilə bağlı xəbərlərə digər ölkələrin şişirdilmiş reaksiyası ilə bağlı suala cavab olaraq bildirib.

Diplomatlar qeyd ediblər ki, onlar Qərbin hərəkətlərini “Belarusun geosiyasi kursunu və ya siyasi sistemini dəyişməyə yönəlmiş suveren dövlətin daxili işlərinə birbaşa və aşkar müdaxilə” kimi qiymətləndirirlər. Xarici İşlər Nazirliyi bunun “Belarusun Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulması ilə əlaqədar Təhlükəsizlik Təminatları üzrə Budapeşt Memorandumunu imzalayan bəzi dövlətlərin götürdüyü öhdəliklərə birbaşa zidd olduğunu” vurğulayıb.

Mövsüm