Türkiyədə prezident və deputat seçkiləri üçün Almaniya və Fransada səsvermə başlayır

Mayın 14-də Türkiyədə keçiriləcək Almaniya və Fransada prezident və 28-ci dönəm parlament seçkiləri üçün səsvermə prosedurlarına başlanılıb.

Aznews.az xəbər verir ki, Türkiyədən kənarda ən çox seçicinin olduğu Almaniyanın 16 şəhərində seçicilər mayın 14-də yerli vaxtla saat 09:00-dan etibarən Türkiyədə keçiriləcək Prezident və 28-ci Dönəm Parlament Seçkilərinə səs verməyə başlayıb.

Səs vermək istəyənlər səhər saatlarında Türkiyənin Kölndəki Baş Konsulluğu qarşısında uzun növbələr yaradıblar.

Seçicilər Köln Baş Konsulluğunda qurulan 12 seçki qutusunda səslərini verməyə başlayıblar.

Qeyd edək ki,Türkiyənin Almaniyada Berlin, Hamburq, Hannover, Münster, Essen, Düsseldorf, Köln, Mayns, Frankfurt, Karlsrue, Ştutqart, Münhen və Nürnberqdə baş konsulluqları var.

Bu şəhərlərlə yanaşı, Türkiyənin fəxri konsulluqlarının olduğu Axen, Bremen və Regensburqda da əlavə seçki qutuları qurulub.

Mövsüm