- Dünyanın halı
- 25 May 17:45
- 1 623
Almaniyadakı DİTİB Göttingen məscidinə təhdid məktubu göndərilib

Almaniyanın Aşağı Saksoniya əyalətinin Göttingen şəhərində yerləşən Diyanət İşləri üzrə Türk-İslam Birliyi (DİTİB) Göttingen məscidinə təhdid məktubu göndərildiyi açıqlanıb.
Mayın 18-də poçtla göndərilən və svastika simvolu ilə "NSU 2.0" imzalanan məktubda deyilir: "Bütün İslamı öldürün. Artıq çox çəkməyəcək. Almanlar sizə göstərəcək".
DİTİB Göttingen Məscidi Birliyinin sədri Mehmet İbrahimbaş hadisənin polislə paylaşıldığını və cinayət işi açıldığını bildirib.
Mövsüm
Aznews.az