Belçika vaxtı keçmiş F-16-larını Ukraynaya göndərməyi düşünmür

Belçika səlahiyyətliləri inventarda olan və istifadə müddəti bitmiş F-16-ları Ukraynaya vermək niyyətində olmadıqlarını və təyyarələrdən istifadənin mümkün olmayacağını bildiriblər.

Aznews.az xəbər verir ki, Belçika ordusunun təchizatdan məsul rəsmisi Frederik Goetynck, Belçikada istifadə edilə bilməyən F-16-ların Ukraynaya göndərilməsinin ağlasığmaz olduğunu bildirib.

"Təyyarələr köhnəldiyi üçün istismardan çıxıb. Bu təyyarələr çox uçduqları üçün artıq köhnəliblər. Ukraynaya özünüz istifadə etməyəcəyiniz təyyarələri göndərə bilməzsiniz", - Goetynck deyib.

Ukraynanın təyyarənin maksimum uçuş saatları ilə bağlı sərt qaydalara əməl edə bilməyəcəyi tezisini rədd edən Goetynck, “Məsələn, gövdəsində çatlar olan təhlükəli bir təyyarəni Ukraynaya çatdırsaq, onların həyatını təhlükəyə atmış olarıq".

Belçikanın F-35 təyyarələrini təhvil almasından sonra əlindəki F-16-ların yararsız olacağı və bəzilərinin Ukraynaya göndərilə biləcəyi bildirilib.

Mövsüm