Avstraliya ordusu "döyüş qabiliyyətini artırmaq üçün" islahatlar aparır

Avstraliya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada “mütəxəssis döyüş briqadaları” yaradılaraq hərbi hissə və texnikanın ölkənin şimalına köçürüləcəyi və orduda peşəkarlığın artırılacağı qeyd edilib.

Qoşunların yerləşdiyi yerlərdə, eləcə də texnikada ediləcək mühüm dəyişikliklərin qeyd olunduğu bəyanatda ordunun “döyüş qabiliyyətinin və hazırlığının artırılması” üçün “geniş miqyaslı yenidənqurma” qərarının verildiyi bildirilib.

Müdafiə naziri Riçard Marles bildirib ki, dəyişikliklər “Hind-Sakit okean regionunda sülh, təhlükəsizlik və rifahın qorunması” üçün hazırlanmış Müdafiə Strateji İcmalının (DSR) tövsiyələrinə cavabdır.

Dəyişikliklərin "bəzi çətin qərarları" ehtiva etdiyinə diqqət çəkən Marles, "Ancaq bu qərarlar Avstraliyanın ehtiyac duyduğu ordunu qurmaq üçün lazımdır",-deyə bildirib.

Nazir qeyd edib ki, dəyişikliklərdən sonra ordunun "hərbi təlimlər, böyük əməliyyatlar və ya regiondakı tərəfdaş və müttəfiqlərə dəstək üçün" yerləşdirilməsi daha asan olacaq.

Mövsüm

Aznews.az