Macarıstan Ukraynaya Aİ büdcəsindən əlavə yardımın verilməsinə qarşı çıxıb

"Macarıstan hökuməti Ukraynaya Aİ büdcəsindən əlavə maliyyə yardımının verilməsinə qarşıdır, xüsusən də bunun üçün Aİ özü kredit götürməli olarsa".

Aznews.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth"- un efirində deyib.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqında vəsait çatışmazlığı var, lakin eyni zamanda Brüsseldə Ukraynaya əlavə vəsaitin ayrılmasından danışırlar.

Orban Avropanın Ukraynaya kredit şəklində verdiyi pulları nə vaxtsa geri qaytara biləcəyinə şübhə etdiyini bildirib.

Mövsüm